AZ

Aris lə oyunda xarakter göstərdik Patrik Andrade

Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Araz-Naxçıvan"ın futbolçusu Patrik Andrade UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Aris”lə cavab matçından (2:2) sonra fikirlərini bölüşüb.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Saloniki şəhərində keçirilən matçdan sonra komandanın aparıcı üzvlərindən olan Patrik Andrade bunları deyib:

“Yaxşı, maraqlı oyun alındı. Bizim üçün xüsusilə birinci hissə çox uğurlu keçdi. Azarkeşlərin təzyiqinə rəğmən, ardıcıl 2 qol vurduq və fasiləyə qədər bu üstünlüyümüzü qoruduq. Xarakter göstərdik, Azərbaycan adına, komandamız adına uğur qazandıq. Düzdür, yekunda meydandan heç-heçə ilə ayrıldıq. Ancaq biz lazım olan nəticəni təmin etdik.

Qırmızı vərəqə epizoduna gəldikdə, İqor komandamız üçün vacib oyunçudur. Əlbəttə, belə futbolçunun meydanda olmaması, üstəlik azlıqda qalmağımız hiss olunmalı idi. Artıq hər şey arxada qaldı və bu epizoda görə çox düşünmək lazım deyil. Hamımız xoşbəxtik, sevinirik, çünki bizə bu xoşbəxtliyi yaşadan nəticəni qazanmışıq. İndi yaxşı dincəlmək, bərpa olunmaq lazımdır".

Kabo-verdeli yarımmüdafiəçi növbəti rəqib "Omoniya” (Kipr) ilə bağlı da danışıb: "Zəif komanda deyil. Onlara qarşı oynamışam. Əlbəttə, məşqçilərimiz bu rəqibi də analiz edib bizə lazım olan məlumatı verəcəklər. İndi isə “Aris”lə oyunda qazanılan uğurun sevincini yaşamaq lazımdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
39
20
qol.az

10Mənbələr