RU

Qətər, Özbəkistan və Hindistan Qırğızıstana investisiyaları ARTIRIR

Qətər, Özbəkistan və Hindistan Qırğızıstana investisiyaları artırıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Akçabar” maliyyə portalı məlumat yayıb.

2025-ci ilin birinci rübündə Qırğızıstana birbaşa xarici investisiya axını 288,3 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 44% çoxdur.

Əsas artımı 173,1 milyon dollar sərmayə qoyan MDB-dən kənar ölkələr təmin edib.

Ən böyük investorlar Çin (66,3 milyon dollar) və Rusiya (56 milyon dollar) olub.

İnvestisiya fəallığının ümumi artımı fonunda Qətər, Özbəkistan və Hindistan da investisiyalarını əhəmiyyətli dərəcədə artırıblar.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
26
interpress.az

1Источники