RU

Kərimi Nardaran pirinə buraxmadılar KONKRET

ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müğənni Kərim Abbasovu Nardaran pirinə (Rəhimə xanım ziyarətgahı) buraxmayıblar.

KONKRET.az Axşam.az-a istinadən xəbər verir ki, bu haqda sənətçi özü məlumat yayıb.

O bildirib ki, ailəsi ilə birlikdə ziyarətə gedib, polis onu içəri buraxmayıb:

“Ailəmlə ziyarət edə bilmədim. Orada polis yaxınlaşır ki, girə bilməzsiniz. Səbəb odur ki, şəhərdən gələnlərə içəri keçməyə icazə yoxdur. Eyni ölkədə yaşamırıq? Niyə şəhərdən gələn adamm ziyarət edə bilməz? Biz adam, müsəlman deyilik? Bu nə qaydadır, qanundur? Şəxsiyət vəsiqəsində Nardaran qeyd olunmalıdır. Başqa cür mümkün deyil”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
33
11
konkret.az

10Источники