RU

Azərbaycanlı FIFA referiləri Avropa Liqasının matçlarına təyinat aldılar

Əliyar Ağayev Avropa Liqasının III təsnifat mərhələsinin RFŞ (Latviya) - "KuPS Kuopio" (Finlandiya) oyununun baş hakimi olacaq...

Elçin Məsiyev isə UEFA Avropa Liqasının III təsnifat mərhələsində Rumıniyanın ÇFR və Portuqaliyanın "Braqa" komandaları arasında keçiriləcək ilk oyuna təyinat alıb.

Oxu.Az xəbər verir ki, Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. VAR hakimi ingiltərəli Maykl Solsberi, AVAR isə İnqilab Məmmədov olacaqlar.

Elçin Məsiyevə isə Elşad Abdullayev və Pərvin Talıbov yan xətt, Fərid Hacıyev dördüncü hakim qismində yardım edəcəklər. İspaniyalı Sezar Soto Qrado VAR hakimi, Alexandro Munyis Ruis isə VAR hakiminin köməkçisi funksiyasını yerinə yetirəcəklər.

Poliqon.info

Избранный
45
1
poliqon.info

2Источники