Dünənki oyunda Azərbaycanın adına uğur qazandıq.
News24.az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın futbolçusu Patrik Andrade UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Aris"lə (Yunanıstan) cavab oyunundan sonra deyib.
Klubun mətbuat xidmətinə danışan yarımmüdafiəçi oyunun çətin keçdiyini söyləyib:
“Yaxşı, maraqlı oyun alındı. Bizim üçün xüsusilə birinci hissə çox uğurlu keçdi. Azarkeşlərin təzyiqinə rəğmən, ardıcıl 2 qol vurduq və fasiləyə qədər bu üstünlüyümüzü qoruduq. Xarakter göstərdik, Azərbaycan adına, komandamız adına uğur qazandıq. Düzdür, yekunda meydandan heç-heçə ilə ayrıldıq. Ancaq biz lazım olan nəticəni təmin etdik".
O, İqor Ribeyronun qırmızı vərəqə aldığı epizodu şərh edib:
"Qırmızı vərəqə epizoduna gəldikdə, İqor komandamız üçün vacib oyunçudur. Əlbəttə, belə futbolçunun meydanda olmaması, üstəlik azlıqda qalmağımız hiss olunmalı idi. Artıq hər şey arxada qaldı və bu epizoda görə çox düşünmək lazım deyil. Hamımız xoşbəxtik, sevinirik, çünki bizə bu xoşbəxtliyi yaşadan nəticəni qazanmışıq. İndi yaxşı dincəlmək, bərpa olunmaq lazımdı".
32 yaşlı oyunçu III təsnifat mərhələsində qarşılaşacaqları "Omoniya" (Kipr) barəsində də fikirlərini bildirib:
"Növbəti rəqibimiz “Omoniya” zəif komanda deyil. Onlara qarşı oynamışam. Əlbəttə, məşqçilərimiz bu rəqibi də analiz edib bizə lazım olan məlumatı verəcəklər. İndi isə “Aris”lə oyunda qazanılan uğurun sevincini yaşamaq lazımdır”.
Qeyd edək ki, "Araz-Naxçıvan" ötən gün səfərdə "Aris"lə 2:2 hesablı heç-heçəyə razılaşaraq növbəti raunda adlayıb. Tərəflər arasında Bakıda keçirilən görüşdə Azərbaycan təmsilçisi 2:1 hesablı qələbə qazanmışdı.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта