ABŞ-ın Müvəqqəti İşlər Vəkili Emi Karlon Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşüb.
Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Emi Karlon görüşdən məmnunluq duyduğunu bildirib:
“Görüşdə nəqliyyat və regional əlaqəlilik məsələləri, eləcə də nəqliyyat sektoru, təhsil, süni intellekt, kibertəhlükəsizlik və mülki kosmik sənaye sahələrində ABŞ-Azərbaycan iqtisadi əməkdaşlığının geniş potensialı müzakirə olunub. Mövcud işgüzar münasibətlərimizi daha da inkişaf etdirmək imkanlarını səbirsizliklə gözləyirik”.