ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
ABŞ-ın Müvəqqəti İşlər Vəkili Emi Karlon Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşüb.Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.Emi Karlon görüşdən məmnunluq duyduğunu bildirib:“Görüşdə nəqliyyat və regional əlaqəlilik məsələləri, eləcə də nəqliyyat sektoru, təhsil, süni intellekt, kibertəhlükəsizlik və mülki kosmik sənaye sahələrində ABŞ-Azərbaycan iqtisadi əməkdaşlığının geniş potensialı müzakirə olunub. Mövcud işgüzar münasibətlərimizi daha da inkişaf etdirmək imkanlarını səbirsizliklə gözləyirik”.Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.