RU

Xoşqədəm Hidayətqızı Arif Babayevdən yazdı: Atamı, anamı itirdim

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məşhur aparıcı Xoşqədəm Hidayətqızı mərhum Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı paylaşım edib. 

"Cebheinfo.az" xəbər verir ki, o, "Instagram" hesabında Xalq artisti ilə bir neçə gün öncə çəkdirdiyi videosunu paylaşıb. 

Xoşqədəm Hidayətqızı təsirli sözlər yazıb:

"Atamı, anamı itirdim… Və onlar qədər sevdiyim, güc aldığım, böyük sənətkarı, böyük insanı – musiqi dünyamızın qoca çinarını da itirdim. Atamdan sonra mənə dayaq olan, ruh verən, hər sözündə həyatın dərin mənasını hiss etdiyim Arif müəllimi... Onun yanında təskinlik tapırdım, söhbətləri ilə dərdimi unudurdum". 

O, Arif Babayevlə arasında keçən söhbəti də xatırlayıb:

"Bu video bir neçə gün əvvəl  öz istəyilə çəkilmişdi. Qaxda görüşəcəyik, xanımının ad gününü birlikdə keçirəcəyik deyə hazırlıq görmüşdük… Amma biz yola düşəcəyimiz gün  xəstəxanaya yerləşdirildi. Ata və anamla da ad gününü aprelin sonunda planlaşdırmışdıq… Olmadı. Arif müəllimlə planlaşdırdığımız Qax görüşü də… Baş tutmadı.

Bu ağrını sözlə ifadə etmək çətindir. Çox üzgünəm… Atamı, sevdiyim insanı, xalqımızın sevimli oğlunu – Arif müəllimi itirdik. Allah rəhmət eləsin! Ruhu şad olsun. Qəlbimizdə daim yaşayacaqsınız".

Aslan

"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
43
6
cebheinfo.az

9Источники