"Atamı, anamı itirdim… Və onlar qədər sevdiyim, güc aldığım, böyük sənətkarı, insanı – musiqi dünyamızın qoca çinarını da itirdim. Atamdan sonra mənə dayaq olan, ruh verən, hər sözündə həyatın dərin mənasını hiss etdiyim Arif müəllimi… Onun yanında təskinlik tapırdım, söhbətləri ilə dərdimi unudurdum".
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Xalq artisti Arif babayevlə bağlı paylaşımında yazıb. Birlikdə olan videolarını yayımlayan aparıcı bunları əlavə edib:
"Bu video bir neçə gün əvvəl – öz istəyilə çəkilmişdi. Qaxda görüşəcəyik, xanımının ad gününü birlikdə keçirəcəyik deyə hazırlıq görmüşdük. Amma biz yola düşəcəyimiz gün o, xəstəxanaya yerləşdirildi. Ata və anamla da ad gününü aprelin sonunda planlaşdırmışdıq. Olmadı. Arif müəllimlə planlaşdırdığımız Qax görüşü də baş tutmadı. Bu ağrını sözlə ifadə etmək çətindir. Çox üzgünəm… Atamı, sevdiyim insanı, xalqımızın sevimli oğlunu – Arif müəllimi itirdik.
Allah rəhmət eləsin. Ruhu şad olsun. Qəlbimizdə daim yaşayacaqsınız".
10Mənbələr
-
dergi.azDiva və HITMAKER’dən hit müjdəsi? ( 20449710)
-
busaat.azPrezident və xanımı Arif Babayevin vida mərasiminə əklil göndərib ( 20030361)
-
publika.azAygün Kazımova geyimi və rəqsi ilə mat qoydu - VİDEO ( 19977475)
-
sfera.azAygün Kazımova geyimi və rəqsi ilə MAT QOYDU - VİDEO ( 19976261)
-
demokrat.az"Atam və anamdan sonra onu da itirdim" — VİDEO ( 19961933)
-
big.az"Atam və anamdan sonra onu da itirdim" ( 19959650)
-
yeniazerbaycan.comİlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Arif Babayevin vida mərasiminə əklil göndərib ( 19932350)
-
news24.azPrezident və Birinci vitse-prezident Arif Babayevin vida mərasiminə əklil göndərdi ( 19922653)
-
far.azİlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Arif Babayevin vida mərasiminə əklil göndərib ( 19924435)
-
yenilik.azPrezident və xanımı Arif Babayevin vida mərasiminə əklil göndərdi – FOTO ( 19923604)