RU

"Levski" - "Sabah" oyununun hakimləri açıqlandı

style='margin-bottom:10px;'>

UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Levski" (Bolqarıstan) - "Sabah" matçının hakimləri bəlli olub.

QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. 

Oyunun baş hakimi  Duje Strukan olavaq. Ona yan xətdə Alen Jakšić və Marjan Tomas kömək edəcək. Dördüncü hakim funksiyasını Ante Terzić yerinə yetirəcək. VAR-da Mario Zebec, AVAR-da Ante Culjak əyləşəcək.

Qeyd edək ki, avqustun 7-də Sofiyada keçiriləcək "Levski" - "Sabah" oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab qarşılaşması avqustun 14-də Bakıda olacaq.

Избранный
42
1
teleqraf.com

4Источники