RU

Kiyevə hücum zamanı Azərbaycan Evinə ziyan dəyib

Ajans.az xəbər verir ki, Ukrayna Azərbaycanlıları Radasının direktoru Elşad İbrahimov AZƏRTAC-a açıqlamasında bildirib ki, binanın ön və arxa tərəfdən şüşələri qırılıb, jalüz və mebellər zədələnib. Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Qeyd edək ki, iyulun 31-də Rusiya 300-dən çox zərbə dronu və 8 raketlə Ukraynaya hava hücumu edib. Əsas hədəf isə paytaxt Kiyev olub. Şəhərdə yaşayış evlərinə, inzibati binalara və infrastruktura ciddi ziyan dəyib. Burada həlak olanların sayı 28 nəfərə çatıb. Avqustun 1-i Kiyevdə matəm günü elan edilib.

Избранный
34
29
Ajans.az

10Источники