ain.az bildirir, Hurriyyet saytına əsaslanaraq.
Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə çoxkambinasiyalı hava hücumu zamanı Azərbaycan Evinə ziyan dəyib.
Hurriyyet.az xəbər verir ki, Ukrayna Azərbaycanlıları Radasının direktoru Elşad İbrahimov AZƏRTAC-a bildirib ki, binanın ön və arxa tərəfdən şüşələri qırılıb, jalüz və mebellər zədələnib, xəsarət alan olmayıb.
Qeyd edək ki, iyulun 31-də Rusiya 300-dən çox zərbə dronu və 8 raketlə Ukraynaya hava hücumu edib. Əsas hədəf isə paytaxt Kiyev olub. Şəhərdə yaşayış evlərinə, inzibati binalara və infrastruktura ciddi ziyan dəyib. Burada həlak olanların sayı 28 nəfərə çatıb.
Avqustun 1-i Kiyevdə matəm günü elan edilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.