RU

1 yaşlı “TV1”

Bir il əvvəl - 2024-cü il avqustun 1-də ölkənin teleməkanında yeni bir kanal – “TV1” internet üzərindən yayıma başladı.

Bakıvaxtı.az-ın məlumatına görə, Audiovizual Şura tərəfindən 2025-cil il yanvar ayının 31-də kanala yayım lisenziyası verilib. Ötən bir il müddətində kanal bir sıra ciddi uğurlara imza atıb. Peşəkar heyət tərəfindən hazırlanan proqramlarda ölkənin ictimai-siyasi həyatında baş verən mühüm hadisələr kanalın efirində işıqlandırılıb.

Cəmiyyətin gündəmində olan aktual mövzular “TV1”-in efirində peşəkar təqdimatı ilə seçilib. “TV1” kanalında müxtəlif proqramlarda çıxış edən ölkənin tanınmış ictimai-siyasi xadimləri, alimlər, ziyalılar, Milli Məclisin deputatları, tanınmış mədəniyyət və incəsənət xadimləri cəmiyyətin həyatındakı aktual mövzularla bağlı peşəkar təhlillər aparıblar.

Fəaliyyətə başladığı ilk gündən etibarən vətənpərvərlik mövzusu “TV1” kanalının daim diqqət mərkəzindədir. Belə ki, İkinci Qarabağ müharibəsi veteranları, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimiz haqqında proqramlar və filmlər TV1-in efirində yayımlanaraq tamaşaçıların böyük rəğbətini qazanıb.

Türkçülüyün təbliği isə kanalın ana xətlərindən birini təşkil edir. Bu istiqamətdə Türkiyədən gələn çoxsaylı mütəxəssislər, media mənsubları və müxtəlif sahələr üzrə ekspertlər kanalımızın qonaqları olublar.

Hazıırda bu loqotip altında TV1.az veb səhifəsi və TV1 kanalı fəaliyyət göstərir. Kanal həmçinin, Tik-Tok, İnstaqram və Facebook platformalarında təmsil olunur.

Bakıvaxtı.az olaraq bütün TV1-çiləri 1 yaşları münasibəti ilə təbrik edirik!

Избранный
39
1
bakivaxti.az

2Источники