RU

Pentaqon Milli Qvardiyasını bu ərazidən geri çəkir

Los-Ancelesdəki Milli Qvardiya qüvvələrinin sayı azaldılır.

Turkustan.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Şon Parnell Müdafiə naziri Pit Hegsethin Los-Ancelesdə yerləşdirilmiş Milli Qvardiya qüvvələrinin sayının azaldılması ilə bağlı qərarını açıqlayıb.

Parnell bildirib ki, Hegseth, etirazlar zamanı şəhərə göndərilmiş təxminən 1350 Milli Qvardiya üzvünün geri çağırılması barədə göstəriş verib.

O, əlavə edib ki, təxminən 250 nəfərlik Milli Qvardiya şəxsi heyəti Los-Ancelesdə qalacaq və onların əsas vəzifəsi federal personalı və obyektləri qorumaq olacaq.

“Şəhərdə baş verən genişmiqyaslı qanunsuzluq fonunda federal funksiyaları müdafiə etmək üçün Los-Ancelesə ezam olunmuş 5000-dən çox Milli Qvardiya və Dəniz Piyadası üzvünün dəstəyini yüksək qiymətləndiririk,” – deyə Parnell vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az

Избранный
35
1
turkustan.az

2Источники