RU

Rusiya Kramatorska zərbə endirdi – Ölənlər və yaralılar var

Rusiya Silahlı Qüvvələrinin Donetsk vilayətinin Kramatorsk şəhərində yaşayış binasına endirdiyi zərbə nəticəsində üç nəfər həlak olub, 10 nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Donetsk vilayəti hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin məlumat verib.
 

"Kramatorskda ölənlərin sayı 3-ə, yaralıların sayı isə 10-a çatıb. Beşmərtəbəli binanın dağıntıları altında insanların qaldığı ehtimal olunur, axtarış-xilasetmə əməliyyatı davam edir", - o, “Telegram”da yazıb.


Məlumata görə, zərbə nəticəsində ümumilikdə ən azı 30 evə və 13 avtomobilə ziyan dəyib.

Bizim.Media

Избранный
77
21
bizim.media

10Источники