AZ

Ruslar Kiyevə hücum edib, ölənlər və yaralılar var

Ruslar

Ruslar bu gecə Kiyevə dron hücumlarından sonra, səhər saatlarında raket zərbəsi də endiriblər. Zərbənin bir neçə rayonda fəsadları var, evlərə ziyan dəyib. Ölənlər və onlarla yaralının olduğu bildirilir.

Reyting.az
xəbər verir ki, ilkin məlumatlara görə, hücum nəticəsində 6 mülki şəxs ölüb.

Kiyevin rəsmisi Timur Tkaçenko bildirib ki, ümumilikdə rus ordusu Kiyevin 27-dən çox məntəqəsinə hücum edib.

“52 qurbanımız var, 30-a yaxını xəstəxanalardadır. O cümlədən 9 uşaq. Təəssüf ki, bu rəqəm artacaq. Rusiya terrorçularının hədəfə aldığı hücum nəticəsində iki Kiyev sakini ölüb. Bu da yəqin ki, yekun rəqəm deyil”, - Tkaçenko əlavə edib.

Kiyev meri Vitali Kliçko paytaxtda 48 nəfərin hücumdan zərər gördüyünü deyib.

Daxili İşlər Nazirliyi isə bildirib ki, dağıntılar altından meyitlər çıxarılıb.

ELÇİN
Seçilən
25
reyting.az

1Mənbələr