RU

"Araz-Naxçıvan" "Omoniya" ilə oyuna "yarımcan" heyətlə çıxacaq

"Araz-Naxçıvan" UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində qarşılaşacağı "Omoniya" ilə oyuna ciddi itkilərlə çıxacaq. 

Fanat.Az xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda Bakıdakı ilk oyuna 3 itki ilə çıxacaq.

Qırmızı vərəqə alan İqor Ribeyrodan başqa, kapitan Bəxtiyar Həsənalızadə və Bu-Muaka Simakala da növbəti görüşü buraxacaqlar. 

Bəxtiyarla Simakala "Aris"lə hər iki görüşdə sarı vərəqə alaraq limiti keçdikləri üçün Kipr klubuna qarşı oynaya bilməyəcəklər.

Qeyd edək ki, “Araz Naxçıvan”la “Omoniya” arasında ilk oyun avqustun 7-də Bakıda, cavab oyunu avqustun 14-ü Kiprdə keçiriləcək.

Избранный
57
1
fanat.az

5Источники