AZ

Araz Naxçıvan Omoniya qarşısına 3 itki ilə çıxacaq

Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Araz-Naxçıvan" Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Omoniya"ya qarşı ilk oyuna 3 itki ilə çıxacaq.

QOL.az-ın məlumatına görə, Azərbaycan təmsilçilərinin futbolçularından İqor Ribeyro, Bəxtiyar Həsənalızadə və Bu-Muaka Simakala həmin görüşü buraxacaqlar. 

İqor Ribeyro ötən gecə 2-ci mərhələnin "Aris"lə cavab matçında qırmızı vərəqə ilə cəzalandırılıb. Bəxtiyar Həsənalızadə və Bu-Muaka Simakala isə "Aris"lə hər iki görüşdə sarı vərəqə alaraq limiti aşdıqları üçün Kipr klubuna qarşı oynaya bilməyəcəklər.

Qeyd edək ki, “Araz Naxçıvan”la “Omoniya” arasında ilk oyun avqustun 7-də Bakıda, cavab oyunu avqustun 14-ü Kiprdə keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
59
1
qol.az

5Mənbələr