RU

Castin Timberleykə Laym xəstəliyi diaqnozu qoyuldu

ain.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Amerikalı müğənni Castin Timberleyk gənələrin daşıdığı Laym xəstəliyinə tutulduğunu açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə sənətçinin “İnstaqram”ında məlumat verilib.

Müğənni bu açıqlamanı “Forget Tomorrow” dünya turnesinin başa çatması ilə bağlı verib.

Timberleyk səhhətində problemlər olduğunu, ona Laym xəstəliyi diaqnozu qoyulduğunu vurğulayıb. Müğənni əlavə edib ki, qastrol zamanı səhnəyə çıxanda şiddətli nevralgiya, yorğunluq və ürəkbulanma keçirib.

Timberleyk xəstəliyinə baxmayaraq, çıxışını davam etdirmək qərarına gəldiyini vurğulayıb.

Fevral ayında isə Timberleyk səhhətinə görə konsertini ləğv edib.

Sənətçi ağır qrip xəstəliyi ilə əlaqədar demək olar ki, son anda Kolambusda (Ohayo ştatı, ABŞ) səhnəyə çıxa bilməyib.

O, pərəstişkarlarına etiraf edib ki, hətta səs yoxlaması üçün güc tapa bilməyib.

2024-cü ilin noyabrında da Timberleyk bronxit və laringit xəstəlikləri ilə əlaqədar bir sıra konsertlərini ləğv etməli olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
76
1
yeniavaz.com

2Источники