RU

Rəqabət Məcəlləsinin tətbiqi barədə növbəti maarifləndirici seminar keçirilib

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 1 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən qida, qeyri-qida, tikinti, hasilat, metallurgiya, yanacaq istehsalı və satışı, dərman vasitələrinin satışı, rabitə və telekommunikasiya sahələrində fəaliyyət göstərən bir sıra təsərrüfat subyektləri nümayəndələrinin iştirakı ilə maarifləndirici onlayn seminar keçirilib.

Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, 30-dan çox iştirakçının qatıldığı tədbirdə qurumun Antiinhisar nəzarəti şöbəsinin müdiri Fuad Yadigarov açılış nitqi ilə, həmin şöbənin Antidempinq araşdırmaları sektorunun müdiri Gündüz Camalzadə isə “Saziş (üfüqi və ya şaquli saziş) və ya kartel tipli sövdələşmələrə dair təsərrüfat subyektlərinə müvafiq nəzarətin və tənzimləmənin həyata keçirilməsi” mövzusunda təqdimatla çıxış edib. Çıxış zamanı iştirakçılara Rəqabət Məcəlləsində təsbit olunmuş üfüqi və şaquli sazişlər, kartel sövdələşmələri, uyğunlaşdırılmış hərəkətlər, az əhəmiyyətli sazişlər, istisna edilmiş sazişlər barədə məlumat verilib.

Tədbir zamanı qanun pozuntusuna səbəb olan sazişlərlə bağlı Məcəllədə nəzərdə tutulmuş məsuliyyət tədbirləri iştirakçıların diqqətinə çatdırılıb, tənzimləmə mexanizmlərinin həyata keçirilməsi metodları izah edilib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
23
6
azertag.az

7Источники