AZ

Rəqabət mövzusunda maarifləndirici seminar

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qida, qeyri-qida, tikinti, hasilat, metallurgiya, yanacaq istehsalı və satışı, dərman vasitələrinin satışı, rabitə və telekommunikasiya sahələrində fəaliyyət göstərən bir sıra təsərrüfat subyektləri nümayəndələrinin iştirakı ilə maarifləndirici onlayn seminar keçirib.

30-dan çox iştirakçının qatıldığı təlimdə agentliyin antiinhisar nəzarəti şöbəsinin müdiri Fuad Yadigarov açılış nitqi ilə çıxış edib. O, Rəqabət Məcəlləsinin tətbiqi ilə bağlı keçirilən budəfəki seminarın Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun fəaliyyət planının tələblərinə əsasən təşkil olunduğunu diqqətə çatdırıb.

Daha sonra həmin şöbənin antidempinq araşdırmaları sektorunun müdiri Gündüz Camalzadə “Saziş (üfüqi və ya şaquli saziş) və ya kartel tipli sövdələşmələrə dair təsərrüfat subyektlərinə müvafiq nəzarətin və tənzimləmənin həyata keçirilməsi” mövzusunda təqdimatla çıxış edib. Çıxış zamanı iştirakçılara Rəqabət Məcəlləsində təsbit olunmuş üfüqi və şaquli sazişlər, kartel sövdələşmələri, uyğunlaşdırılmış hərəkətlər, az əhəmiyyətli sazişlər, eləcə də istisna edilmiş sazişlər barədə məlumat verilib.

Seminar zamanı qanun pozuntusuna səbəb olan sazişlərlə bağlı Rəqabət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyət tədbirləri iştirakçıların diqqətinə çatdırılıb, tənzimləmə mexanizmlərinin həyata keçirilməsi metodları izah edilib. Sonda iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

 

Seçilən
9
6
xalqqazeti.az

7Mənbələr