RU

Kiyevdə raket zərbəsi qurbanlarının sayı 28 nəfərə çatıb  

Dünən, iyulun 31-də gecə saatlarında Rusiya ordusunun Kiyevə endirdiyi raket zərbəsi nəticəsində çoxmərtəbəli binanın bir hissəsi dağılmışdı. Avqustun 1-i səhər saatlarına olan məlumata görə, burada həlak olanların sayı 28 nəfərə çatıb.

AZƏRTAC bu barədə Kiyev şəhər Hərbi administrasiyasının rəisi Timur Tkaçenkonun “Telegram” kanalına istinadla xəbər verir. O yazıb: “Xilasedicilər dağıntılar altından daha bir nəfərin cəsədini çıxarıblar. Həlak olanların sayı 28-ə çatıb”.

Rusiyanın hücumu nəticəsində 2-6 yaş aralarına olan 3 uşaq və 17 yaşlı yeniyetmə həlak olublar. Son məlumata görə, hücum zamanı 159 nəfər, o cümlədən 16 uşaq xəsarət alıb. Sutka ərzində qismən dağılmış binadan 2 min tona yaxın beton qalığı daşınıb, ərazidə aparılan təmizləmə işlərinə 180 xilasedici və 60 ədəd texnika cəlb olunub.

Tkaçenko məlumat verib: “Svyatoşinski rayonunda axtarış-xilasetmə işləri davam etdirilir. Xilasedicilər dəstəsi artıq binanın dağıdılmış konstruksiyalarının 70 faizini təmizləyib”.

Xatırladaq ki, Rusiya ordusu iyulun 31-nə keçən gecə Ukraynaya kütləvi hücuma keçib. Ruslar 309 hücum pilotsuz uçuş aparatı və səkkiz ədəd “İsgəndər-K” qanadlı raketindən istifadə ediblər. Düşmənin budəfəki əsas hədəfi paytaxt Kiyev olub. Hücum nəticəsində şəhərin müxtəlif ərazilərində onlarla dağıntı qeydə alınıb.

Избранный
59
50
azerbaijan-news.az

10Источники