RU

Ölkənin daxili dövlət borcu 7,9 faiz azalıb

1 iyul 2025-ci il tarixinə Azərbaycanın daxili dövlət borcu 17 177,4 milyon manat və ya 2025-ci il üzrə 130 662,5 milyon manat məbləğində proqnozlaşdırılan ÜDM-in 13,1 faizini təşkil edib.

Bu barədə Maliyyə Nazirliyinin 2025-ci il dövlət borcu üzrə yarımillik Statistik Bülletenində bildirilir.

Daxili dövlət borcu 2025-ci ilin əvvəli ilə müqayisədə 1 482,3 milyon manat və ya 7,9 faiz azalıb.

Cari ilin 1 iyul tarixinə daxili dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ilin əvvəli ilə müqayisədə 1,7 faiz bəndi azalıb.

Daxili dövlət borcunun 8 026,8 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 9 150,6 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşür.

Избранный
64
2
vergiler.az

6Источники