AZ

Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi müəyyənləşib

Bakı, TurkicWorld

Bu ilin 1 iyul tarixinə Azərbaycanın daxili dövlət borcu 17.2 milyard manat və ya 2025-ci il üzrə 130.7 milyard manat məbləğində proqnozlaşdırılan ÜDM-in 13,1 faizini təşkil edib.

Bu barədə TurkicWorld Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata əsasən, daxili dövlət borcu 2025-ci ilin əvvəli ilə müqayisədə 1.5 milyard manat və ya 7,9 faiz azalıb.

Qeyd edilib ki, 2025-ci ilin 1 iyul tarixinə daxili dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ilin əvvəli ilə müqayisədə 1,7 faiz bəndi azalıb.

"1 iyul 2025-ci il tarixinə daxili dövlət borcunun 8.026,8 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 9.150,6 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşür", - deyə məlumatda vurğulanıb.

Seçilən
60
2
turkic.world

6Mənbələr