RU

“Saytı buna görə bağlamağı düzgün hesab etmirəm. Bu savadsızlıqdır!”

İTAR-TASS agentliyinin informasiyasında Ayvazovskiyə ucaldılan abidənin sökülməsi barədə xəbərdə Xankəndi əvəzinə “Stepanakert” yazılmasına Azərbaycan XİN sərt rəy bildirib. Bundan sonra Rusiya agentliyi informasiyaya düzəliş edib, lakin sosial şəbəkələrdə TASS-ın saytına girişin qapadılması barədə müzakirələrə başlayıb.

Xatırladaq ki, artıq təcrübədə belə bir hal var. Qarabağ separatçılarından biri ilə müsahibənin dərci ilə Azərbaycanda “RIA Novosti” agentliyinin saytına giriş bloklanıb.

“Saytı buna görə bağlamağı düzgün hesab etmirəm. Bu savadsızlıqdır!” pizza sifarişi

Bunu “Yeni Sabah”a Bakı Dövlət Universitetinin (BDU) professoru Qulu Məhərrəmli deyib. 

O bu cür sərt addımı gərəksiz hesab edir:

"Bu, olduqca mürəkkəb məsələdir. Əminəm ki, bu saytlar bunu bilərəkdən deyil, texniki bir səhv nəticəsində ediblər. 

Sayta girişi bağlamaq olmaz. Doğrudur, adminlər və baş redaktorlar son dərəcə diqqətli olmalıdırlar. Qarabağ mövzusu çox həssas mövzudur. Ona görə də jurnalistlər gündəlik məlumatlarla maarifləndirilməli, gündəlik tendensiyalarda iştirak etməlidirlər ki, belə səhvlərə maksimum dərəcədə yol verilməsin".

Qulu Məhərrəmlinin fikrincə, belə hallara görə yalnız xəbərdarlıq və ya irad bildirmək olar, amma saytların bağlanması düzgün deyil:

" Bu, adi savadsızlıqdır. Əgər bu hal davamlı xarakter daşıyırsa, o zaman məsələyə ciddi yanaşmaq olar. Amma bir dəfə baş vermiş texniki səhvə görə saytın ümumilikdə bağlanması yanlışdır".

Professor əlavə edib ki, jurnalistlər çox vaxt məlumatları müxtəlif, o cümlədən xarici və Ermənistan mənbələrindən götürürlər və bu zaman mexaniki köçürmə nəticəsində bu kimi halların yaşanması mümkündür:

"Buna görə də diqqətli olmaq yetərlidir ki, belə xətalara yol verilməsin".

Rəvan Rzazadə


Telegram kanalımız
Избранный
92
1
yenisabah.az

2Источники