ain.az, Yenisabah saytına istinadən bildirir.
İTAR-TASS agentliyinin informasiyasında Ayvazovskiyə ucaldılan abidənin sökülməsi barədə xəbərdə Xankəndi əvəzinə “Stepanakert” yazılmasına Azərbaycan XİN sərt rəy bildirib. Bundan sonra Rusiya agentliyi informasiyaya düzəliş edib, lakin sosial şəbəkələrdə TASS-ın saytına girişin qapadılması barədə müzakirələrə başlayıb.
Xatırladaq ki, artıq təcrübədə belə bir hal var. Qarabağ separatçılarından biri ilə müsahibənin dərci ilə Azərbaycanda “RIA Novosti” agentliyinin saytına giriş bloklanıb.
Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) professoru Qulu Məhərrəmli deyib ki, bu səbəblərə görə, saytı bağlamağı düzgün hesab etmir. O, belə bir addımın savadsızlıq olduğunu bildirib. Dördpendirli pizza
"Bu, olduqca mürəkkəb məsələdir. Əminəm ki, bu saytlar bunu bilərəkdən deyil, texniki bir səhv nəticəsində ediblər.
Sayta girişi bağlamaq olmaz. Doğrudur, adminlər və baş redaktorlar son dərəcə diqqətli olmalıdırlar. Qarabağ mövzusu çox həssas mövzudur. Ona görə də jurnalistlər gündəlik məlumatlarla maarifləndirilməli, gündəlik tendensiyalarda iştirak etməlidirlər ki, belə səhvlərə maksimum dərəcədə yol verilməsin".
Qulu Məhərrəmlinin fikrincə, belə hallara görə yalnız xəbərdarlıq və ya irad bildirmək olar, amma saytların bağlanması düzgün deyil:
" Bu, adi savadsızlıqdır. Əgər bu hal davamlı xarakter daşıyırsa, o zaman məsələyə ciddi yanaşmaq olar. Amma bir dəfə baş vermiş texniki səhvə görə saytın ümumilikdə bağlanması yanlışdır".
Professor əlavə edib ki, jurnalistlər çox vaxt məlumatları müxtəlif, o cümlədən xarici və Ermənistan mənbələrindən götürürlər və bu zaman mexaniki köçürmə nəticəsində bu kimi halların yaşanması mümkündür:
"Buna görə də diqqətli olmaq yetərlidir ki, belə xətalara yol verilməsin".
Rəvan Rzazadə
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.