RU

"Neftçi" Polşada son oyununa çıxır

Polşa təlim-məşq toplanışını davam etdirən “Neftçi” bu gün növbəti - sonuncu yoxlama oyununa çıxacaq. 

Fanat.Az xəbər verir ki, "ağ-qaralar"ın hazırlıq çərçivəsində keçirəcəyi üçüncü matçında rəqib Kiprin AEL komandası olacaq. 

Byalobje şəhərindəki "Mieyski stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:00-da (yerli vaxtla 16:00) start götürəcək. 

Qeyd edək ki, əvvəlki oyunlarda “Hapoel Təl-Əviv” (1:1) və “Termalitsa Nyeçetşa” (2:2) ilə heç-heçə edən “Neftçi”nin 27 iyulda Yunanıstan “Asteras"ı ilə keçirməyi planlaşdırdığı daha bir matç güclü yağış səbəbindən baş tutmayıb.

Избранный
39
50
fanat.az

10Источники