AZ

“Neftçi”nin Yunanıstan klubu ilə oyununun vaxtı AÇIQLANDI

"Neftçi” iyulun 27-də Polşa təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirəcək.

Bizim.Media xəbər verir ki, “ağ-qaralar” Yunanıstanın “Asteras Tripolis” klubu ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 19:00-da (yerli vaxtla 17:00) start götürəcək matç Keltse şəhərindəki Pilkarski stadionunda təşkil olunacaq.

Tərəflərin istəyinə əsasən, oyun canlı yayımlanmayacaq. Qeyd edək ki, “Hapoel Təl-Əviv” (1:1) və “Termalitsa Nyeçetşa” (2:2) ilə heç-heçə edən “Neftçi” sonuncu sınaq matçını avqustun 1-də AEL (Kipr) klubuna qarşı keçirəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
40
12
bizim.media

10Mənbələr