RU

Kəlbəcərdə külək elektrik stansiyası tikilə bilər - AÇIQLAMA

Bakı. Trend:

Artıq işğaldan azad olunmuş ərazilərimizdə tikinti-quruculuqişləri çox böyük sürətlə həyata keçirilir. Mələsən, Kəlbəcərinəlçatmaz yerlərində küləyin potensialının çox olması onun texnikicəhətdən potensiala daxil olmasına səbəb olurdu. Amma iqtisadicəhətdən biz onu nəzərdən keçirə bilmirdik. Çünki həmin əlçatmazyerlərə getmək üçün yol yox idi. İndi isə bu məsələlərin bir çoxuaradan qaldırılıb.

Bu sözləri Trend-ə Energetika Nazirliyi yanında BərpaOlunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru CavidAbdullayev müsahibəsində deyib.

O bildirib ki, hazırda həmin ərazilərə külək turbinləriniaparmaq və mövcud küləkdə onu qurmaq iqtisadi cəhətdən olduqcasəmərəlidir: "Bundan sonra isə Laçın-Kəlbəcərdə istehsal ediləcəkelektrik enerjisinin şəbəkəyə qoşulması prosesi nəzərdən keçiriləbilər. Bu da onun iqtisadi səmərəsi amilinə gətirib çıxarır.Məsələn, bu gün biz Kəlbəcərdə 800 meqavatlıq külək elektrikstansiyası tikə bilərik. Amma şəbəkə ona hazırdırmı? Ona görə də buistiqamətdə təhlillər aparılır, həmin ərazilərdə küləyin sürəti,mövcud infrastruktur öyrənilir”.

Bərpa olunan enerji istehsalı ilə bağlı texniki və iqtisadipotensialların nəzərə alınmalı olduğunu söyləyən agentlik rəsmisibildirib ki, texniki potensial dedikdə ümumilikdə ərazidə günəşradiasiyası və küləyin sürətinin ölçmələri nəticəsində meydanagələn bir həcm nəzərdə tutulur, iqtisadi potensial isə bu texnikiresursların hansı hissəsinin real iqtisadi səmərə ilə istifadəedilə biləcəyini göstərir: “Təbii ki, bizim investorlarlaişləməyimiz üçün ikinci göstərici, yəni iqtisadi potensial dahavacibdir. Eyni zamanda küləyin sürətinin enerji istehsalı üçünlazım olan miqdardan aşağı olmaması, nəqliyyat-logistik baxımındanərazilərin əlçatan olması və bu kimi digər məsələlər xüsusi önəmkəsb edir".

Избранный
19
1
az.trend.az

2Источники