RU

Azərbaycanın ümumi dövlət borcunun həcmi açıqlanıb

Bu il iyulun 1-nə Azərbaycanın dövlət borcu (daxili və xarici dövlət borcu) 25 milyard 695,6 milyon manat təşkil edib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Bu isə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 19,6 faizinə bərabərdir. Ümumi dövlət borcunun 8.518,2 milyon manatı (5.010,7 milyon ABŞ dolları) və ya 33,2 faizi xarici dövlət borcunun, 17.177,4 milyon manatı və ya 66,8 faizi daxili dövlət borcunun payına düşür.

Избранный
7
5
operativmm.az

10Источники