Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Qazaxıstana səfər edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Akordanın (Qazaxıstan Prezidentinin iqamətgahı – red.) mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, səfər 2025-ci il avqustun 3-də Prezident Qasım-Jomart Tokayevin dəvəti reallaşacaq.
Bildirilib ki, dövlət başçısı və Antonio Quterreş Almatıda danışıqlar aparacaq, həmçinin BMT-nin Mərkəzi Asiya və Əfqanıstanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə Regional Mərkəzinə birgə səfər edəcəklər.
Məhərrəm Ağalaroğlu, “İki sahil”