RU

İrəvanın qərarı elan edildi: Zəngəzur dəhlizi belə açılacaq – İki ölkə…

Xəbər verdiyimiz kimi, Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın Sünikə (Zəngəzur dəhlizi – red.) səfəri və burada ermənilərə ünvanlanan

açıqlamaları diqqət çəkib. O, sakinlərə Azərbaycanı onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yolun açılmasının

vacibliyindən danışıb.

Xaçaturyan dəhlizinin açılmasının Ermənistana böyük iqtisadi üstünlük gətirəcəyini də vurğulayıb. Prezidentin sözləri ümumilikdə rəsmi İrəvanın

məsələyə yanaşmasının dəyişməsi və müsbət baxması kimi dəyərləndirilir.

Referans bildirir ki,Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Ermənistanda rəsmi şəxslərin son zamanlardakı bəyanatları onların

dəhlizin əhəmiyyətini və açılmasının zəruri olduğunu dərk etdiklərini göstərir:

“Əslində, bu da başa düşüləndir. Çünki dəhliz faktiki olaraq o ölkə üçün tamamilə yeni imkanlar açır. Ermənistan bir tərəfdən qlobal ticarət

dəhlizlərinin bir hissəsinə çevrilmək, digər tərəfdən isə tranzit ölkə hüququ əldə etməklə regional layihələrdə iştirak imkanı qazanacaq. Dəhlizin

açılması İrəvan üçün bir sıra digər iqtisadi üstünlükləri də təmin edəcək. Məsələn, indiyədək Ermənistanla İran arasında dəmiryolu əlaqəsi

yoxdur. Rusiya ilə yük daşımalarında da dəmiryolu ilə bağlı problemlər qalmaqdadır. Lakin Zəngəzur dəhlizinin açılması Ermənistan üçün

Naxçıvan üzərindən İran dəmiryollarına birləşmək və Rusiya ilə daha rahat ticarət münasibətləri qurmaq imkanı verəcək”.

yusif

İranda Bakıya görə “müharibə” başladı – İrəvan və Ankara “birləşir”

Politoloqun fikrincə, Ermənistan rəsmiləri Zəngəzur dəhlizinin açılması və Azərbaycanla sülh sazişinin imzalanmasının Türkiyə ilə sərhədlərin

açılması və münasibətlərin normallaşması üçün də əsas şərt olduğunu anlayırlar:

“Bu da Rusiyanın iqtisadi asılılığından qurtulmaq üçün Ermənistana hava-su kimi lazımdır.

İstər baş nazir Nikol Paşinyanın, istərsə də Ermənistan Prezidenti Vaaqn Xaçatryanın dəhlizin açılması istiqamətində müsbət bəyanatlarla çıxış

etmələri və onun Ermənistan üçün böyük imkanlar yaradacağını bildirmələri tamamilə anlaşılandır.

Bu, həm də onu göstərir ki, Ermənistan rəsmiləri İran və Rusiyadan gələn təhdidləri bir tərəfə qoyaraq ölkənin maraqlarından çıxış etməyə qərar

veriblər”.\ Globalinfo.a

Избранный
22
referans.az

1Источники