Xəbər verdiyimiz kimi, Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın Sünikə (Zəngəzur dəhlizi – red.) səfəri və burada ermənilərə ünvanlanan
açıqlamaları diqqət çəkib. O, sakinlərə Azərbaycanı onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yolun açılmasının
vacibliyindən danışıb.
Xaçaturyan dəhlizinin açılmasının Ermənistana böyük iqtisadi üstünlük gətirəcəyini də vurğulayıb. Prezidentin sözləri ümumilikdə rəsmi İrəvanın
məsələyə yanaşmasının dəyişməsi və müsbət baxması kimi dəyərləndirilir.
Referans bildirir ki,Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Ermənistanda rəsmi şəxslərin son zamanlardakı bəyanatları onların
dəhlizin əhəmiyyətini və açılmasının zəruri olduğunu dərk etdiklərini göstərir:
“Əslində, bu da başa düşüləndir. Çünki dəhliz faktiki olaraq o ölkə üçün tamamilə yeni imkanlar açır. Ermənistan bir tərəfdən qlobal ticarət
dəhlizlərinin bir hissəsinə çevrilmək, digər tərəfdən isə tranzit ölkə hüququ əldə etməklə regional layihələrdə iştirak imkanı qazanacaq. Dəhlizin
açılması İrəvan üçün bir sıra digər iqtisadi üstünlükləri də təmin edəcək. Məsələn, indiyədək Ermənistanla İran arasında dəmiryolu əlaqəsi
yoxdur. Rusiya ilə yük daşımalarında da dəmiryolu ilə bağlı problemlər qalmaqdadır. Lakin Zəngəzur dəhlizinin açılması Ermənistan üçün
Naxçıvan üzərindən İran dəmiryollarına birləşmək və Rusiya ilə daha rahat ticarət münasibətləri qurmaq imkanı verəcək”.
Politoloqun fikrincə, Ermənistan rəsmiləri Zəngəzur dəhlizinin açılması və Azərbaycanla sülh sazişinin imzalanmasının Türkiyə ilə sərhədlərin
açılması və münasibətlərin normallaşması üçün də əsas şərt olduğunu anlayırlar:
“Bu da Rusiyanın iqtisadi asılılığından qurtulmaq üçün Ermənistana hava-su kimi lazımdır.
İstər baş nazir Nikol Paşinyanın, istərsə də Ermənistan Prezidenti Vaaqn Xaçatryanın dəhlizin açılması istiqamətində müsbət bəyanatlarla çıxış
etmələri və onun Ermənistan üçün böyük imkanlar yaradacağını bildirmələri tamamilə anlaşılandır.
Bu, həm də onu göstərir ki, Ermənistan rəsmiləri İran və Rusiyadan gələn təhdidləri bir tərəfə qoyaraq ölkənin maraqlarından çıxış etməyə qərar
veriblər”.\ Globalinfo.a