Kür çayının Yevlaxdan keçən hissəsində batan şəxsin meyiti tapılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, Bərdə rayon sakin, 1986-cı il təvəllüdlü Sənan Əliyevin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, S.Əliyev bir neçə gün öncə Kür çayında batıb. Onun çayda çimən zaman batdığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.