AZ

İsmayıllıda çayda batan şəxsin meyiti tapılıb - Yenilənib

İsmayıllı rayonunda çayda batan şəxsin meyiti tapılıb...

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir, 26 yaşlı Qurbanov Faiq Qurban oğlunun meyiti FHN-nin əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

***

İsmayıllıda 26 yaşlı şəxs çayda batıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Göyçay çayının rayonun Gideyli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü rayonun Qalacıq kənd sakini Qurbanov Faiq Qurban oğlu çayda çimmək istəyərkən qəfildən suda batıb.

Əraziyə FHN-nin əməkdaşları cəlb olunub, axtarışlar davam edir.

Poliqon.info

Seçilən
51
5
poliqon.info

8Mənbələr