RU

"Qəbələ" axtardığı qapıçını Polşada tapdı

"Qəbələ" uzun sürən axtarışdan sonra qapıçı problemini həll edə bilib. "Qırmızı-qaralar" istədiyi "əlcək sahibi"ni Polşada tapıb. 

I Liqanın çempionu kimi Premyer Liqaya dönən əyalət təmsilçisi Kevin Komarı sıralarına qatıb. 22 yaşlı kiperlə 1+1 illik müqavilə imzalanıb.

O, 2022-ci ildən "Puşça"nın formasını geyinib. Kevin Azərbaycana gəlmək üçün müddəti gələn ilin yayında bitəcək müqaviləsini pozub.

"Qəbələ" daha öncə İsaak Amoah (son klubu "Atletiko Sanlukenyo", İspaniya), Paulo Quimbila (son klubu "Əl-Əhli, Bəhreyn) və Adriel Ba Louanı (son klubu "Kan", Fransa) sıralarına qatıb.

Избранный
32
2
azerbaijan-news.az

3Источники