AZ

"Qəbələ" heyətini polşalı qolkiperlə gücləndirdi

"Qəbələ" uzun müddət sonra qapıçı problemini həll edə bilib.

"Cebheinfo.az" Sportinfo.az-a istinadən xəbər verir ki, "qırmızı-qaralar" istədikləri "əlcək sahibi"ni Polşada tapıblar.

I Liqanın çempionu kimi Premyer Liqaya dönən əyalət təmsilçisi Kevin Komarı sıralarına qatıb. 22 yaşlı kiperlə 1+1 illik müqavilə imzalanıb.

O, 2022-ci ildən "Puşça"nın formasını geyinib. Kevin Azərbaycana gəlmək üçün müddəti gələn ilin yayında bitəcək müqaviləsini pozub.

Qeyd edək ki, "Qəbələ" ondan öncə İsaak Amoah (son klubu "Atletiko Sanlukenyo", İspaniya), Paulo Quimbila (son klubu "Əl-Əhli, Bəhreyn) və Adriel Ba Louanı (son klubu "Kan", Fransa) sıralarına qatıb.

"Cebheinfo.az" 

Seçilən
6
2
cebheinfo.az

3Mənbələr