RU

“Hayduk”un baş məşqçisi: “Oyuna nəzarəti itirmişdik”

“Hayduk”un baş məşqçisi Qonsalo Qarsiya Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə”yə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 2:1 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Zirə”nin çox yaxşı futbolçuları var. Çətin olacağını bilirdik və məsələni tez həll etməliydik. Oyunçularımın belə gərgin olacağını hiss etməmişdim. “Zirə” fiziki cəhətdən güclü komandadır və demək olar, bütün fərdi duelləri qazandılar. Bir çox komponentdə yaxşı oynamadıq.

İkinci hissədə stressli olduq. Meydanda bir neçə gənc oyunçu var idi və nəzarəti itirmişdik. Buna baxmayaraq, “Zirə” real qol şansı yarada bilmədi”.

“Zirə” iki oyunun nəticəsinə görə (1:1, 1:2) avrokuboklarla vidalaşıb.

Избранный
32
futbolpress.az

1Источники