BAKI, 01 avqust. TELEQRAF
ABŞ-nin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkof tezliklə Moskvaya səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi brifinq zamanı bildirib .
Trampın sözlərinə görə, Uitkof İsrail səfərini başa vurduqdan sonra diplomatik missiya ilə Moskvaya gedəcək.
“Sonra o, Rusiyaya gedir, istər inanın, istərsə də inanmayın”, - Tramp bildirib.
Ağ Ev rəhbəri xüsusi nümayəndəsinin Rusiya Federasiyasına hansı məsələ ilə bağlı səfər edəcəyini açıqlamayıb.
Uitkof Trampın Rusiyanın Ukraynadakı müharibəsinə son qoymaq səyləri çərçivəsində Moskvaya müntəzəm səfərlər edib.