UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"la (Xorvatiya) qarşılaşan "Zirə" məğlub olaraq mübarizəni dayandırıb.
Far.Az xəbər verir ki, Split şəhərindəki "Polyud" stadionunda keçirilən qarşılaşmada ev sahibləri 2:1 hesablı qələbə qazanıblar.
Görüşdə hesabı ev sahibləri açıb. Filip Krovinoviç 19-cu dəqiqədə fərqlənib. Qarşılaşmanın 90+3-cü dəqiqəsində adını tabloya yazdıran İssa Cibrilla hesabı bərabərləşdirib - 1:1.
Görüşün əsas vaxtı bu hesabla başa çatıb və matçda hərəsi 15 dəqiqədən ibarət iki hissə oynanılıb.
"Hayduk"un heyətində 93-cü dəqiqədə diqqət mərkəzinə düşən Yassin Benrahu komandasının qələbəsində pay shaibi olub.
***23:51
"Zirə" Xorvatiyada "Hayduk"a qarşı keçirdiyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda fasiləyə geridə yollanıb.
Far.Az xəbər verir ki, hazırda meydan sahibləri 1:0 hesabı ilə öndədir.
Filip Krovinoviç 19-cu dəqiqədə fərqlənib.
***23:03
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində "Hayduk" (Xorvatiya) - "Zirə" görüşü start götürüb.
Far.Az xəbər verir ki, qarşılaşma Split şəhərindəki "Polyud" stadionunda keçirilir.
Görüşü italiyalı referi Luka Payretto idarə edir. Tərəflər arasında Bakıda baş tutan ilk matçda heç-heçə qeydə alınıb - 1:1.