RU

Pezeşkian: Azərbaycanla əlaqə qurulmursa, günah bizdədir – YENİLƏNİB

  Azərbaycan bizə doğmadır. Necə olur ki, mən ora gedib heç bir razılaşma əldə edə bilməyim, amma İsrail bunu bacarır. Biz əlaqə qura bilmirik.

Referans Axar.az-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Azərbaycanla münasibətlərə dair açıqlamasında deyib.

Pezeşkian bu yaxınlarda Bakıya səfəri ilə bağlı ölkə daxilindəki tənqidlərə sərt reaksiya verib:

“Əgər iki qonşu ölkə arasında münasibət qurulmursa, bunun məsuliyyəti İran tərəfinin üzərindədir. Əlaqə yaradılmayıbsa, günah bizdədir”.

 
X X X

“Azərbaycan qonşu dövlət, Azərbaycan xalqı isə qohumluq əlaqələrimiz olan xalqdır”.

Referans APA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

O, həmçinin İsrail ilə Azərbaycan arasında əlaqələrin genişləndirildiyi bir vaxtda ölkəsinin niyə bu imkandan məhrum olmasının anlaşılmaz olduğunu söyləyib.  

Избранный
108
19
referans.az

10Источники