İran prezidenti Məsud Pezeşkian Zəncan əyalətinə səfəri zamanı Azərbaycanla münasibətlərə dair açıqlama verib.
“Azərbaycan bizə doğmadır! Necə olur ki, mən ora gedib heç bir razılaşma əldə edə bilməyim?! Biz əlaqə qura bilmirik, amma İsrail bunu bacarır?”
Pezeşkian əlavə edib ki, əgər iki qonşu ölkə arasında münasibət qurulmursa, bunun məsuliyyəti İran tərəfinin üzərindədir:
“Əlaqə yaradılmayıbsa, günah bizdədir”.