RU

Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçiriləcək

Bakı. Trend:

3 avqust 2025-ci il tarixində 18, 20, 24, 27, 29, 30, 73 və75-ci komissiyaya aid Musiqi ədəbiyyatı fənni üzrə test imtahanıkeçiriləcək.

Trendxəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, imtahan Dövlət İmtahan Mərkəzinin elektronimtahanlar korpusu və Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdəelektron qaydada təşkil ediləcək. Bakıda 111, Naxçıvanda 3abituriyentin imtahanda iştirakı nəzərdə tutulur.

İxtisaslar üzrə fənlərinin uyğunluğu və keçid ballarıburada təqdim edilib.

İmtahanda abituriyentlərə 30 qapalı tipli test tapşırığı təqdimediləcək. 10 tapşırıq musiqi nümunələrinin təyin edilməsi, 20tapşırıq isə Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının həyatvə yaradıcılığını, həmçinin müxtəlif bədii üslublara və dövrlərəaid biliklərin yoxlanılmasını əhatə edir. Qiymətləndirmə 10 ballıqşkala üzrə aparılır.

Doğru cavablandırılan

tapşırıqların sayı

Qiymətləndirmə

(balla)

28-30

10

25-27

9

22-24

8

19-21

7

16-18

6

13-15

5

10-12

4

7-9

3

4-6

2

1-3

1

0

0

Abituriyentlər verilmiş keçid vasitəsilə “İmtahana buraxılış vərəqəsini” çap edəbilərlər.

İmtahan saat 16:00-da başlanır. İmtahan müddəti 1 (bir) saatdır.İştirakçılar buraxılış vərəqəsində göstərilən vaxtda imtahanbinasına gəlməlidirlər. İmtahan binasına daxil olarkən abituriyent“İmtahana buraxılış vərəqəsi” və şəxsiyyətini təsdiq edən sənəditəqdim etməlidir (abituriyentin şəxsiyyətini təsdiq edən sənədiolmadıqda şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuşsurətini və ya ümumvətəndaş pasportunu təqdim edə bilər). Əcnəbilərvə vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindənverilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xaricivətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini təqdimedirlər. Tələb olunan sənədi təqdim etməyən abituriyent imtahanbinasına buraxılmır.

İmtahan binasına mobil telefon, ağıllı saat və digər rabitəvasitələri, kalkulyator və s. elektron cihazlar, konspekt, lüğət,cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqayardımçı vasitələr gətirmək və onlardan istifadə etməkqadağandır.

Избранный
40
17
az.trend.az

10Источники