RU

Azərbaycan xalqı daim tarixinə, dilinə, milli-mənəvi dəyərlərinə sahib çıxan xalq kimi tanınır - Vüqar Rəhimzadə

Bakı. Trend:

Bu gün qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycan hərbir əlamətdar tarixi, günü Zəfərimizin, suverenliyimizin bərpasınınyaratdığı yeni reallıqlar fonunda qeyd edir. Bu baxımdan müasirmüstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider HeydərƏliyevin hər bir qərarı, imzaladığı hər bir Fərman və Sərəncambugünümüzə və gələcəyimizə hesablanmış mühüm addımların əsas tərkibhissəsidir. Nəzərə alsaq ki, azərbaycançılıq ideologiyasınıninkişafı və təbliği dahi şəxsiyyətin hakimiyyətinin hər ikidövründə mühüm çağırışlar sırasında olub, bu halda onun əsas tərkibhissələrindən olan dilimizin qorunmasına yönələn addımlarınəhəmiyyətinin daha aydın şəkildə özünü nümayiş etdirdiyini görəbilərik. Məlum olduğu kimi, hər il 1 avqust tarixi AzərbaycanƏlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar günÜmummilli Lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixliFərmanına əsasən təsis edilib. Bu Fərman latın qrafikalı Azərbaycanəlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdətəmin edildiyi və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanınictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühümhadisə olduğu nəzərə alınaraq imzalanıb. Ümumilikdə, Azərbaycandilinin qorunmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləriolub. Hələ 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilənzaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cürbarışmayan Ümummilli Lider bu məsələdə sonadək öz prinsipialmövqeyini göstərdi. 1978-ci il aprelin 2-də IX çağırış Ali SovetinAzərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsivə onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddincisessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təkidiilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alındı. Budəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlətdilinin Azərbaycan dili olduğunu əks etdirir. Bütün çətinliklərəbaxmayaraq, Ümummilli Liderin bu cür tarixi qərara nail olmasımənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addımoldu. Hakimiyyətinin hər iki dövründə Ulu Öndərin ana dili siyasətiOnun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub. 1993-cüildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra daÜmummilli Lider Azərbaycan dilinin inkişaf etdirilməsini vəsaflığının qorunmasını qarşıya əsas məsələ kimi qoydu. 1995-ci ildəmüstəqil Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkəndövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflərirəli sürülmüşdü. Təkliflərin böyük əksəriyyətində ana dilimizinAzərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdənsonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuşKonstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlətdilinin Azərbaycan dili olması öz əksini tapdı.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı VüqarRəhimzadə bildirib.

Millət vəkili Ulu Öndər Heydər Əliyevin “Bu gün iftixar hissiilə deyə bilərik ki, Sovet hakimiyyəti illərində biz Azərbaycandilini qoruduq, saxladıq və inkişaf etdirdik. Azərbaycan dili indiçox yüksək səviyyədə, yəni onun qrammatik quruluşu, başqa sahələriyüksək səviyyədə olan bir dildir” fikirlərini önə çəkərək qeyd edibki, Ümummilli Liderin 1970-1980-ci illərdə milli dil sahəsindəapardığı fəal siyasət Azərbaycanda milli dirçəliş, milli mənlikşüurunun inkişafı prosesini sürətləndirdi. Bu siyasət, eynizamanda, Azərbaycan xalqını milli müstəqillik və milli dövlətçilikqazanmağa hazırladı.

Vüqar Rəhimzadə vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev 1993-cüildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra yenitarixi şəraitə uyğun olaraq Azərbaycan dilinə göstərdiyi diqqət vəqayğı siyasi, eyni zamanda, praktiki baxımından fərqləndi.Ümummilli Liderin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dilidövlətlərarası münasibətlərdə, diplomatik danışıqlarda istifadəedildi, dahi rəhbərin öz ana dilinə məhəbbəti, bağlılığı hər biraddımında özünün aydın ifadəsini tapdı. Onun artıq dillər əzbəriolan “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürurmənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mənazərbaycanlıyam!” çağırışı hər bir azərbaycanlının həyat amalınaçevrildi. Ulu Öndərin dilimizin qorunması, inkişaf etdirilməsiistiqamətində atdığı addımlar, səsləndirdiyi çağırışlar bütündövrlərdə yeni hədəflərin müəyyənləşdirilməsində stimulverici amiloldu. Ümummilli Lider bildirirdi ki, xalqı xalq, milləti millətedən onun ana dilidir.

Milli Məclisin deputatı bildirib ki, müstəqil Azərbaycandövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması vəmöhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan “Dövlətdilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18iyun tarixli Fərman dövlət dili ilə bağlı hərtərəfli və genişməlumatları özündə ehtiva edir. Prezident İlham Əliyevin “HeydərƏliyev öz xalqına sıx bağlı olan bir adam idi. Məhz onun təşəbbüsüilə Azərbaycan dilinin qorunmasına dair önəmli addımlar atılmışdır,müvafiq sərəncamlar imzalanmışdır. Azərbaycan dilinin qorunmasımilli kimliyimizin qorunması deməkdir. Azərbaycan dili çox zəngindildir. Dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili anadilidir” fikirləri Ulu Öndər Heydər Əliyevin dilimizə qayğısınınaydın ifadəsini yaradır. Ümummilli Liderin ana dilimizin qorunmasıistiqamətində atdığı addımlar bu gün də uğurla davam etdirilir.

Vüqar Rəhimzadə qeyd edib ki, dövlətimizin başçısı İlhamƏliyevin 2004-cü ildə imzaladığı “Azərbaycan dilində latınqrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”Sərəncama əsasən, hər il latın qrafikalı Azərbaycan əlifbası iləçap olunacaq əsərlərin siyahısı hazırlanır. 2004-cü ildə, eynizamanda, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”Sərəncam imzalandı. 2007-ci ildə imzalanan “Dünya ədəbiyyatınıngörkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulanəsərlərinin siyahısının təsdiq edilməsi haqqında» Sərəncam anadilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqinigerçəkləşdirdi. Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığıSərəncam ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşmaşəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədədilçiliyin inkişafına dair Dövlət Proqramı” ana dilimizinsaflığının və zənginliyinin qorunması baxımından mühüm əhəmiyyətəmalikdir. Dövlət Proqramının məqsədi Azərbaycan dilininistifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizinqloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədədilçilik sahəsində araşdırmaların yaxşılaşdırılmasıdır. Sənəd, eynizamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqitədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərininbirləşdirilməsini və dilçilik sahəsinin müasir cəmiyyətin aktualproblemləri ilə əlaqələndirilməsini nəzərdə tutur.

Vüqar Rəhimzadə Prezident İlham Əliyevin Azərbaycan dilininqorunması istiqamətində imzaladığı sənədlər sırasında 1 noyabr2018-ci il tarixli “Azərbaycan dilinin saflığının qorunması vədövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlıtədbirlər haqqında” Fərmanı xüsusi qeyd edib. Bildirib ki,ümumiyyətlə, ölkəmizdə dövlət dili daim diqqət mərkəzindədir. Dilquruculuğu ilə bağlı olan bu sənəd Azərbaycan dilinin milli-mənəvi,siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış mühümaddımlardan biridir. Həmin Fərmandan irəli gələn vəzifələrin icrasıçərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə AzərbaycanRespublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəziyaradılmışdı.

Millət vəkili bu ümumiləşdirməni aparıb ki, Azərbaycan xalqıdaim tarixinə, dilinə, milli-mənəvi dəyərlərinə sahib çıxan xalqkimi tanınır. Xalqımızın yenilməzliyinin, məğrurluğunun təsdiqiolan tarixi Zəfərimizin, suverenliyimizin bərpasının reallıqlarıfonunda qarşımızda mühüm çağırışlar dayanır. Gənclərimiz hər zamanvətənpərvərlik ruhunda tərbiyə olunmalı, tariximizi, dilimizi,milli-mənəvi dəyərlərimizi təbliğ və inkişaf etdirməlidirlər.

Избранный
52
49
az.trend.az

9Источники