RU

Pakistanın neft ehtiyatları ABŞ ilə birgə işlənəcək

Vaşinqton və İslamabad Pakistanın neft ehtiyatlarının birgə işlənməsi barədə razılığa gəliblər.

"Report"un məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsində bildirib.

"Biz indicə Pakistanla bir saziş imzaladıq ki, bu sazişə əsasən Pakistan və Birləşmiş Ştatlar onların nəhəng neft ehtiyatlarının işlənməsi üzərində birlikdə çalışacaqlar. Hazırda biz bu tərəfdaşlığa rəhbərlik edəcək neft şirkətini seçirik. Kim bilir, bəlkə bir gün onlar Hindistana neft satacaqlar", - deyə o yazıb.

Daha əvvəl ABŞ prezidenti avqustun 1-dən Hindistana qarşı (o cümlədən Rusiya enerji daşıyıcılarının alınması səbəbindən - red.) 25% gömrük rüsumlarının tətbiq ediləcəyini elan edib.
Избранный
29
3
sherg.az

6Источники