AZ

Pakistanın neft ehtiyatları ABŞ ilə birgə işlənəcək

Vaşinqton və İslamabad Pakistanın neft ehtiyatlarının birgə işlənməsi barədə razılığa gəliblər.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsində bildirib.

"Kim bilir, bəlkə bir gün onlar Hindistana neft satacaqlar", - o yazıb.

Daha əvvəl ABŞ prezidenti avqustun 1-dən Hindistana qarşı (o cümlədən Rusiya enerji daşıyıcılarının alınması səbəbindən - red.) 25% gömrük rüsumlarının tətbiq ediləcəyini elan edib.

Seçilən
27
4
bakivaxti.az

6Mənbələr