Bakı. Trend:
bp öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz vəCənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “SOCAR”,“TPAO”, “LUKOİL”, “SGC”, “NİCO”, “MOL”, “İNPEX”, “ExxonMobil”,“İTOCHU”, “ONGC Videsh”, “Eni”, “MVM” və “TotalEnergies” – adındanelan edir ki, Azərbaycanda bərpa olunan enerji texnologiyalarısahəsində bacarıqların inkişafına yönəlmiş transformativ bir peşətəhsili layihəsini uğurla başa çatdırıb.
Bu təşəbbüs bp və tərəfdaşlarının ölkədə təhsilə və dayanıqlıinkişafa dəstək öhdəliyinin bir hissəsidir.
Layihədə məqsəd peşə təhsili alan tələbələrin və bu sahədəixtisaslaşan müəllimlərin sürətlə inkişaf edən bərpa olunan enerjisektorunda fəal iştirakı üçün onları lazım olan bilik və praktikibacarıqlarla təmin etməkdir. Layihə iki əsas komponentdənibarətdir:
1. Bərpa olunan enerji üzrə tədris emalatxanalarınınyaradılması. Bu məqsədlə biri Tikinti və Quraşdırma İşləri üzrəBakı Dövlət Peşə Təhsil Mərkəzi, digəri isə Texnika vəTexnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi üçün olmaqla,ümumilikdə iki tam təchiz olunmuş, müasir bərpa olunan enerjiemalatxanası yaradılıb.
Bu innovativ emalatxanalar real bərpa olunan enerji ssenariləriəsasında immersiv, praktiki təlim imkanları təqdim edir. Hər ikiemalatxana qabaqcıl günəş və külək enerjisi sistemləri ilə təchizolunaraq tələbələrə sənaye standartlarına uyğun praktiki bacarıqlarəldə etməyə imkan yaradır.
2. İqlim dəyişikliyi və ətraf mühit üzrə əhatəli təlim modulununhazırlanması və peşə təhsili proqramına daxil edilməsi. Moduldaqlobal istiləşmənin elmi əsasları və təsiri, insan fəaliyyətininiqlim dəyişikliyinə təsiri, bərpa olunan enerji mənbələrinin butəsirin azaldılmasında rolu, enerji səmərəliliyi və dayanıqlıinkişaf kimi mövzular əhatə olunub.
bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli:“Azərbaycanın peşə təhsili sistemi və bərpa olunan enerji sektoruüçün uzunmüddətli töhfələr verəcək bir layihəni uğurla başaçatdırmaqdan çox məmnunuq. İnanırıq ki, bu layihə tələbələrə bərpaolunan enerji texnologiyaları sahəsində praktiki bacarıqlarqazanmaq, müəllimlərə isə tədrisin keyfiyyətini artırmaq üçündəyərli imkanlar yaradır. Ən önəmlisi isə odur ki, layihə gəncmütəxəssislər arasında dayanıqlı iqlim savadlılığını və ekolojiməsuliyyəti təşviq edərək Azərbaycanın enerji keçidi üçün ixtisaslıişçi qüvvəsinin formalaşmasına töhfə verir”.
Layihə “World Skills Azerbaijan” İctimai Birliyi tərəfindənhəyata keçirilib. 2024-cü ilin may ayında başlanmış və 2025-ci iliniyul ayında başa çatmış bu layihənin ümumi dəyəri 322000 AZN(təxminən 189400 ABŞ dolları) təşkil edib.