AZ

bp bərpa olunan enerji sahəsində peşə bacarıqlarının inkişafına dəstək verir

Bakı. Trend:

bp öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz vəCənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları iləAzərbaycanda bərpa olunan enerji texnologiyaları sahəsindəbacarıqların inkişafına yönəlmiş transformativ bir peşə təhsililayihəsini uğurla başa çatdırıb.

Trend xəbərverir ki, bu təşəbbüs bp və tərəfdaşlarının ölkədə təhsilə vədayanıqlı inkişafa dəstək öhdəliyinin bir hissəsidir.

Layihədə məqsəd peşə təhsili alan tələbələrin və bu sahədəixtisaslaşan müəllimlərin sürətlə inkişaf edən bərpa olunan enerjisektorunda fəal iştirakı üçün onları lazım olan bilik və praktikibacarıqlarla təmin etməkdir. Layihə iki əsas komponentdənibarətdir:

Bərpa olunan enerji üzrə tədris emalatxanalarının yaradılması.Bu məqsədlə biri Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət PeşəTəhsil Mərkəzi, digəri isə Texnika və Texnologiyalar üzrə BakıDövlət Peşə Təhsil Mərkəzi üçün olmaqla, ümumilikdə iki tam təchizolunmuş, müasir bərpa olunan enerji emalatxanası yaradılıb.

Bu innovativ emalatxanalar real bərpa olunan enerji ssenariləriəsasında immersiv, praktiki təlim imkanları təqdim edir. Hər ikiemalatxana qabaqcıl günəş və külək enerjisi sistemləri ilə təchizolunaraq tələbələrə sənaye standartlarına uyğun praktiki bacarıqlarəldə etməyə imkan yaradır.

İqlim dəyişikliyi və ətraf mühit üzrə əhatəli təlim modulununhazırlanması və peşə təhsili proqramına daxil edilməsi. Moduldaqlobal istiləşmənin elmi əsasları və təsiri, insan fəaliyyətininiqlim dəyişikliyinə təsiri, bərpa olunan enerji mənbələrinin butəsirin azaldılmasında rolu, enerji səmərəliliyi və dayanıqlıinkişaf kimi mövzular əhatə olunub.

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar AslanbəyliAzərbaycanın peşə təhsili sistemi və bərpa olunan enerji sektoruüçün uzunmüddətli töhfələr verəcək bir layihəni uğurla başaçatdırmaqdan çox məmnun oldğunu bildirib:

"İnanırıq ki, bu layihə tələbələrə bərpa olunan enerjitexnologiyaları sahəsində praktiki bacarıqlar qazanmaq, müəllimlərəisə tədrisin keyfiyyətini artırmaq üçün dəyərli imkanlar yaradır.Ən önəmlisi isə odur ki, layihə gənc mütəxəssislər arasındadayanıqlı iqlim savadlılığını və ekoloji məsuliyyəti təşviq edərəkAzərbaycanın enerji keçidi üçün ixtisaslı işçi qüvvəsininformalaşmasına töhfə verir".

Layihə “World Skills Azerbaijan” İctimai Birliyi tərəfindənhəyata keçirilib. 2024-cü ilin may ayında başlanmış və 2025-ci iliniyul ayında başa çatmış bu layihənin ümumi dəyəri 322000 AZN(təxminən 189400 ABŞ dolları) təşkil edib.

Məqalədə:
Seçilən
8
1
az.trend.az

3Mənbələr