RU

Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolunda yerüstü piyada keçidi inşa olunur  

Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolu layihəsi çərçivəsində sözügedən yolun 19,5-ci kilometrində yerüstü piyada keçidi inşa edilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, iki giriş-çıxışdan ibarət olan keçid ümumi uzunluğu 59,8 metr, aşırım hissəsinin eni 4 metr, pilləkənlərin eni isə 2 metrdir.

Yol səviyyəsindən hündürlüyü 5,5 metr olan keçid üstüaçıq dəmir-beton konstruksiyalıdır. Keçiddə 2 metr enində oval tipli piyada pandusları da quraşdırılacaq. Layihə çərçivəsində piyada keçidinin sol və sağ dayaqlarının təməlləri tam şəkildə tikilib, hazırda keçidin sağ dayaqlarının sütunlarının tikintisi işləri aparılır.

Избранный
61
14
azerbaijan-news.az

10Источники