AZ

Pirşağı–Novxanı yolunda da yerüstü keçid qurulur

Avtomobil Yolları Dövlət Agentliyindən “XQ”yə verilən məlumata görə, Pirşağı-Xırdalan-Novxanı avtomobil yolu layihəsi çərçivəsində sözügedən yolun 19,5-ci kilometrində yerüstü piyada keçidi inşa edilir. İki giriş-çıxışdan ibarət olan keçidin ümumi uzunluğu 59,8 metr, aşırım hissəsinin eni 4 metr, pilləkənlərin eni isə 2 metrdir.

Yol səviyyəsindən hündürlüyü 5,5 metr olan keçid üstü açıq dəmir-beton konstruksiyalıdır. Keçiddə 2 metr enində oval tipli piyada pandusları da quraşdırılacaq. Layihə çərçivəsində piyada keçidinin sol və sağ dayaqlarının təməlləri tam şəkildə tikilib, hazırda keçidin sağ dayaqlarının sütunlarının tikintisi işləri aparılır.

 

Seçilən
28
14
xalqqazeti.az

10Mənbələr